BAKI, 8 may. TELEQRAF

“Hər dəfə diplomatik həll yolu yaxınlaşdıqda, ABŞ ehtiyatsız hərbi macəraya üz tutur”.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.

“Hər dəfə diplomatik həll yolu masada olanda Amerika ehtiyatsız hərbi macəra yolunu seçir. Bu, təzyiq üçün kobud taktikadır, yoxsa ABŞ Prezidentinin yenidən bir təxribatçı tərəfindən aldadılıb başqa bir bataqlığa sürüklənməsinin nəticəsidir? Səbəb nə olur-olsun, nəticə eynidir: iranlılar heç vaxt təzyiq qarşısında boyun əymirlər. Diplomatiya həmişə qurbandır”, - nazir bildirib.

Əraqçi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İranın raket ehtiyatları ilə bağlı açıqlamasına da diqqət çəkib:

“MKİ səhv edir. Raket inventarımız və buraxılış qurğularımızın tutumu 2019-cu illə müqayisədə 75 faiz deyil, düzgün rəqəm 120 faizdir. Amma xalqımızı müdafiə etməyə hazırlığımıza gəldikdə: 1000 faiz”.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bundan əvvəl bəyan etmişdi ki, Hörmüz boğazında Amerika esminetslərinə edilən hücumlara cavab olaraq İranın hərbi obyektlərinə zərbələr endirilib.