BAKI, 27 noyabr. TELEQRAF
Gürcüstanda qanunsuz immiqrantlara qarşı aparılan müntəzəm yoxlamalar nəticəsində 59 əcnəbi həbs edilib.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Həbs olunanlar arasında Livan, Türkmənistan, Pakistan, Yəmən, Belarus, Özbəkistan, Rusiya, Kamerun, Hindistan, İordaniya, Çin, Türkiyə və Azərbaycan vətəndaşları da var. Yerli medianın məlumatına görə, qanunsuz immiqrantlar restoranlarda, mağazalarda, otellərdə və digər obyektlərdə aparılan miqrasiya yoxlamaları nəticəsində aşkar edilib.
Saxlanılanlar Miqrasiya İdarəsinin müvəqqəti yaşayış mərkəzinə köçürülüb və onların ölkədən deportasiyası prosedurlarına başlanılıb.
Təkcə bu ilin yanvar-sentyabr aylarında hakimiyyət orqanları yoxlamalar nəticəsində həbs edilən 3100-dən çox əcnəbini deportasiya edib. Onlardan çoxu Türkiyə vətəndaşları olub - 791 nəfər. İkinci yerdə Hindistan (306 nəfər), üçüncü yerdə Türkmənistan (274 nəfər) qərarlaşıb. Rusca