Oktyabrda Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun açıqlamasından sonra Rusiya ilə KXDR arasında gərginlik artıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin açıqlamasında qeyd olunur.

Rudenko qeyd etmişdi ki, Kreml gələcəkdə Seul və Pxenyan arasındakı münasibətlərdə gərginliyin azalmasına töhfə verəcək. Bu açıqlama Şimali Koreyada narazılıqla qarşılanıb.

Şimali Koreyanın xarici işlər naziri Çoe Son-hi bu cür açıqlamaların iki dövlət arasında müttəfiqlik müqavilələrinin mahiyyətinə uyğun olmadığını vurğulayıb.

Çoe Son-hi Rusiyaya hərbi yardımın müvəqqəti olaraq dayandırıldığını elan edib. Məlumata görə, müvafiq qərarı şəxsən Kim Çen In verib. Məhdudiyyətlər Rusiya hərbi nəqliyyat təyyarələrinin KXDR hava məkanından istifadəsinə qadağa qoymağı, eləcə də KN-23 ballistik raketləri və artilleriya sursatlarının növbəti partiyasının çatdırılmasının dayandırılmasını nəzərdə tutur.

Ukrayna kəşfiyyatına görə, Pxenyan Moskvanın Rusiya ərazisindəki Şimali Koreya qoşunlarının sayını 8500-dən 50000-ə qədər artırmaq tələbinin yerinə yetirilməsini təxirə salır.