BAKI, 27 noyabr. TELEQRAF
Yevlaxda mənzildə 74 yaşlı kişinin meyiti aşkarlanıb.
Teleqraf xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
1952-ci il təvəllüdlü Tapdıq Şabanovun yaşadığı evdə meyiti aşkarlanıb.
İlkin məlumata görə, evində tək yaşayan kişinin meyitini qonşular aşkar edib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkfaşları cəlb edilib.
Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma başlanılıb