BAKI, 27 noyabr. TELEQRAF
Heç bir blokada ölkənin milli iradəsinə və müdafiə gücünə tab gətirə bilməz.
Teleqraf xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi bildirib.
O qeyd edib ki, İran ABŞ-nin istənilən blokadasını yaracaq və düşmən Tehranın cavabını gözləməlidir: "Qoy düşmən havada və dənizdə hərəkətlərimizi gözləsin. Heç bir blokada İranın milli iradəsinə və müdafiə gücünə tab gətirə bilməz. Blokadanı yarmaq artıq bitmiş bir işdir və qətiyyətli bir səydir".