BAKI, 27 noyabr. TELEQRAF

Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə regionda gərginliyin azaldılmasına və mübahisələrin dialoq və diplomatiya yolu ilə dinc yolla həllinə çağırış ediblər.

Teleqraf xəbər verir ki, bunu Pakistanın xarici işlər naziri İshaq Dar bunu Məkkə Alyansının Strateji Siyasi və Müdafiə Komitəsinin ikinci iclasından sonra keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, tərəflər regionda sülh, təhlükəsizlik və sabitlik üçün birlikdə işləmək əzmlərini bir daha təsdiqləyiblər. Üç ölkə regional gərginliyin azaldılması səylərini dəstəkləmək və mübahisələrin dialoq, diplomatiya yolu ilə həllini təşviq etmək məqsədi daşıyan məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

Bundan əlavə, Darın qeyd etdiyi kimi, görüş iştirakçıları əvvəlki komitə iclaslarında qəbul edilmiş qərarların icrasının gedişatını müzakirə edib və Səudiyyə Ərəbistanında ittifaq katibliyinin yaradılması ilə bağlı işlərin sürətindən məmnunluqlarını bildiriblər.