BAKI, 27 noyabr. TELEQRAF

Rusiya ordusu Odessanın cənub-qərbində Qara dənizdə Ukraynaya məxsus yük gəmisinə zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Vurulan gəmi Ukrayna Silahlı Qüvvələri üçün ikili təyinatlı yük daşıyırdı", - məlumatda qeyd olunur.