BAKI, 30 aprel. TELEQRAF

İsrail Müdafiə Qüvvələri Aralıq dənizində Qəzza zolağına üzən “Qlobal “Sumud” Donanması - İkinci Missiya” adlandırılan humanitar donanmanın 21 gəmisini saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Donanma 39 ölkədən 58 gəmidən və 345 iştirakçıdan ibarətdir. “Ynet”in məlumatına görə, İsrail Müdafiə Qüvvələri bu gün “Qlobal “Sumud” Donanması”na daxil olan gəmiləri saxlamağa başlayıb. Mənbə bildirib ki, saxlama prosesi davam edir, heç bir insident və ya zorakılıq aktı yoxdur.

Türkiyə Xarici İşlər Nazirliyi bundan əvvəl məsələ ilə əlaqədar İsrailə etiraz edib.