BAKI, 17 aprel. TELEQRAF

ABŞ və İran arasında tezliklə razılaşma əldə edilə bilər, danışıqlar son mərhələdədir.

Teleqra xəbər verir ki, bu barədə “Reuters” agentliyi Pakistan təhlükəsizlik mənbələrinə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, tərəflər pərdəarxası diplomatiya yolu ilə irəliləyiş əldə ediblər, qarşıdan gələn görüş anlaşma memorandumunun imzalanması ilə başa çata bilər. Tam razılaşmanın 60 gün ərzində bağlanması gözlənilir. Agentlik yazıb ki, tərəflər artıq prinsipial razılaşmalara nail olublar, texniki detallar isə daha sonra dəqiqləşdiriləcək.

Diplomatik mənbə “Reuters”ə bildirib ki, Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi feldmarşal Asim Münir həftənin ortalarından bəri Tehranda danışıqlar apararaq əsas vasitəçi rolunu oynayır və bir sıra çətin məsələlərdə irəliləyiş əldə edib.