BAKI, 24 mart. TELEQRAF
ABŞ-nin Bəsrə körfəzi bölgəsindəki müttəfiqləri - ərəb ölkələri tədricən Vaşinqtonun İrana qarşı hərbi əməliyyatlarına qoşulmağa yaxınlaşırlar. Bu addım ABŞ-yə yeni hücum istiqamətləri açmaq imkanı verə bilər.
Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla “The Wall Street Journal” məlumat yayıb.
Mənbələrə görə, Səudiyyə Ərəbistanı yaxın vaxtlarda ABŞ ordusunun ölkənin qərbində yerləşən “Şah Fəhd” hava bazasından istifadə etməsinə razılıq verib. Dəqiq vaxt bəlli olmasa da, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman da İrana qarşı hücumlara qoşulmaq qərarına yaxındır.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də İranın hərbi potensialının saxlanılmasına gətirib çıxara biləcək istənilən atəşkəsə qarşıdır. Əbu-Dabi artıq İrana qarşı hərbi əməliyyatlara qoşulma ehtimalını nəzərdən keçirir.