BAKI, 19 mart. TELEQRAF

“İran Bəsrə körfəzi ölkələrinə hücumları əvvəlcədən planlaşdırıb”.

Teleqraf xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl bin Fərhan əl-Səud deyib.

“İran Bəsrə körfəzi ölkələrinə hücumları əvvəlcədən planlaşdırıb. Bu davranış şantaj və silahlı qruplara (proksi qüvvələrə - red.) dəstək siyasətinin davamıdır”, - nazir vurğulayıb.