BAKI, 4 noyabr. TELEQRAF

İngiltərənin “Arsenal” klubu İtaliyanın “Yuventus” komandasının və Türkiyə millisinin futbolçusu Kenan Yıldızı transfer etmək istəyir.

Teleqraf “The Mirror” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Mikel Arteta qış transfer pəncərəsində 21 yaşlı türkiyəli futbolçunu sərəncamında görmək istəyir.

Lakin “Yuventus” əsas oyunçusunu yalnız yüksək məbləğ qarşılığında satmağa razı ola bilər. Hələlik tərəflər arasında rəsmi danışıqlar başlamayıb.

Qeyd edək ki, Kenan Yıldız “Yuventus”un heyətində 132 matça çıxıb, 27 qol vurub və 21 məhsuldar ötürmə ilə yadda qalıb.

“Arsenal” UEFA Çempionlar Liqasının VIII turunda yanvarın 27-də “Sabah”ı qəbul edəcək.