BAKI, 2 noyabr. TELEQRAF
İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının şimalında keçirdiyi hava zərbələri nəticəsində HƏMAS-ın üç hərbi komandirini öldürüb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, öldürülənlər arasında snayper bölməsinin komandiri, HƏMAS-ın hərbi qanadının raket bölüyünün komandiri və təşkilatın üzvlərin cəlb edilməsi ilə məşğul olan strukturunun bölmə rəhbəri olub.
Hərbi qurumun açıqlamasında hava zərbələrindən əvvəl mülki əhali arasında itkilərin minimuma endirilməsi üçün tədbirlər görüldüyü bildirilib.