BAKI, 2 noyabr. TELEQRAF

Rusiya Xarici İşlər Nazirliyi ABŞ və İsrailin İrana yeni hücum ehtimalı ilə bağlı məlumatların “ciddi narahatlıq” doğurduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, nazirlik rəsmi Moskvanın regionda vəziyyətin normallaşdırılması üçün diplomatik səylərin artırılmasının tərəfdarı olduğunu iddia edib.

İsrailin N12 telekanalı da müharibənin yenidən başlaması ehtimalının günbəgün artdığını bildirib.

Telekanal İsrailin milli təhlükəsizlik üzrə rəsmisinə istinadla xəbər verib ki, ABŞ Prezidenti Donald Tramp bir neçə gün və ya həftə ərzində Tehranı gözləməyin faydasız olduğu qənaətinə gələ və yeni təqvim ili, eləcə də Konqresinin yeni tərkibi fəaliyyətə başlamazdan əvvəl hərəkətə keçə bilər.

Xatırladaq ki, ABŞ Konqresinə aralıq seçkilər noyabrın 3-də keçiriləcək.