BAKI, 2 noyabr. TELEQRAF
İranda İsrailə casusluqda şübhəli bilinən və hərbi-sənaye müəssisəsində çalışan şəxs saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə “Mehr News” məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxs raket və pilotsuz uçuş aparatları (PUA) üçün hissələr istehsal edən hərbi-sənaye müəssisəsində işləyib.
O, obyektlərin koordinatlarını İsrailə ötürməkdə şübhəli bilinir.
İran televiziyası saxlanılan şəxsin etirafını əks etdirən görüntülər yayımlayıb. Lakin onun adı və digər şəxsi məlumatları açıqlanmayıb.