Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyası üzrə növbəti iclası keçirilir.
Teleqraf xəbər verir ki, komitənin bugünkü iclasının gündəliyinə “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) məsələsi daxil edilib.
Müzakirələrdə Milli Məclisin müvafiq şöbəsi, maliyyə naziri və digər aidiyyatı qurumların təmsilçiləri iştirak edəcək.