BAKI, 3 fevral. TELEQRAF

“Etirazlar zamanı adam öldürən şəxslər edam edilməlidir”.

Teleqraf xəbər verir ki, bunu İran parlamentinin Səhiyyə Komitəsinin üzvü Məsud Xatəmi deyib.

“Öldürülənlər üç kateqoriyaya bölünür: birincisi, təhlükəsizliyi müdafiə edənlər; ikincisi, nə iğtişaş törətməyən etirazçı və ya yoldan keçən şəxslər. Hökumət ikinciləri şəhid elan etməyi planlaşdırır. Üçüncüsü isə iğtişaşçılardır.

İğtişaşçılar da iki yerə bölünür: əlləri qana batmayanlar maddi zərərin əvəzini ödəməlidir, adam öldürənlər isə edam edilməlidir”, - deputat vurğulayıb.