BAKI, 23 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Davos sammitindən qayıdarkən təyyarədə jurnalistlərlə söhbətinin videosunu “Truth Social”da yenidən paylaşıb.

Teleqraf xəbər verir ki, paylaşım İranla bağlıdır.

Donald Tramp İrana doğru böyük bir donanmanın hərəkət etdiyini, heç bir şeyin baş verməsini istəmədiyini, amma ABŞ-nin Tehranı yaxından izlədiyini bildirib.