BAKI, 23 yanvar. TELEQRAF

ABŞ hərbi qüvvələrini Suriyadan tam çıxarılması imkanını nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

Nəşr yazıb ki, Vaşinqton Dəməşqin ABŞ-nin dəstəklədiyi kürd qüvvələrinin ölkənin şimal-şərq hissəsinə nəzarəti geri almaq istiqamətində atdığı addımlar fonunda qoşunlarını Suriyadan tam çıxarmaq variantını nəzərdən keçirir.

“Wall Street Journal” qeyd edib ki, bu addım ABŞ-nin 2014-cü ildə başladığı Suriyadakı əməliyyatına son qoyacaq. Məlumata görə, hazırda Suriyanın şimal-şərqində təxminən 1000 ABŞ hərbçisi var. Bildirilib ki, əgər “Suriya Demokratik Qüvvələri” (SDQ) tamamilə ləğv olunarsa, Vaşinqton ABŞ hərbçilərinin Suriyada qalması üçün əsas görmürlər.