BAKI, 22 yanvar. TELEQRAF

“Suriya hökuməti Hələbdən başlayaraq digər bölgələrə qədər uzanan xətt üzrə antiterror əməliyyatları həyata keçirir”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk deyib.

O bildirib ki, bu əməliyyatların məqsədi ictimai asayişi bərpa etmək və vətəndaşların həyat təhlükəsizliyini təmin etməkdir:

“SDQ terror təşkilatının bu çərçivədə 10 mart və 18 yanvar tarixli razılaşmalara şərtsiz riayət edərək inteqrasiyaya başlaması Suriyada davamlı sabitliyin təmin edilməsi baxımından kritik əhəmiyyət kəsb edir.

Ölkəmiz “vahid dövlət, vahid ordu” prinsipi əsasında Suriyanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində terror təşkilatları ilə mübarizə və müdafiə qabiliyyətinin artırılmasında dəstəyi davam etdirəcək”.