BAKI, 25 dekabr. TELEQRAF

Təxminən 4 500 döyüşçüsü olan və illərdir PKK terror təşkilanın Suriya qanadı SDQ ilə birgə hərəkət edən “Süvvar Raqqa” Qrupu təşkilatdan ayrıldığını açıqlayıb.

Teleqraf xəbər verir ki, qrupun komandiri Əhməd Aluş bundan sonra Əhməd Şara administrasiyasına tabe olduqlarını elan edib.

Əhməd Aluş Raqqa ilə bağlı bütün danışıqların SDQ ilə deyil, yerli nümayəndələrdən ibarət olan Raqqa Vilayət Siyasi Şurası tərəfindən aparılacağını bildirib:

“Raqqa İnqilabçılar Briqadasının rəhbərliyi olaraq, bizim adımızdan Dəməşq hökuməti ilə danışıqlar aparması üçün Raqqa Vilayət Siyasi Şurasını səlahiyyətləndiririk. Raqqa əhalisinin legitim siyasi təmsilçisi bu şuradır. Raqqanı təmsil etdiyini iddia edən başqa heç bir heyəti, xüsusilə də illər boyu SDQ ilə əməkdaşlıq edənləri, tayfa liderləri və oxşar strukturları qəbul etməyəcəyik. SDQ və ona paralel strukturlar qeyri-legitimdir”.

“Suvvar Raqqa” Qrupu 2015-ci ildən etibarən SDQ ilə birgə hərəkət edirdi. Əhməd Aluş hazırda təxminən 4 500 döyüşçüsünün olduğunu və bundan sonrakı mərhələdə PKK-SDQ ilə hərəkət etməyəcəklərini vurğulayıb.

Xatırladaq ki, 2025-ci ilin martında Əhməd Şaraa administrasiyası ilə SDQ arasında sonuncunun Suriya ordusuna inteqrasiyasına dair razılaşma imzalanmışdı.