BAKI, 19 dekabr. TELEQRAF

“İran 12 günlük müharibə və Yaxın Şərqdəki son qarşıdurmalardan düzgün nəticə çıxarmalıdır”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi deyib.

“Ümid edirəm ki, yeni müharibə baş verməz və İran özünə gələr”, - diplomat bildirib.

Hakabi xəbərdarlıq edib ki, ABŞ və İsrailin bundan əvvəlki addımları açıq mesaj xarakteri daşıyıb:

“Qatırın ikinci təpiyi dərs vermək üçün olmayacaq. İran bu barədə yaxşı düşünməlidir”.