BAKI, 8 dekabr. TELEQRAF

Son iki gündə İran həbsxanalarında azı 24 məhbus edam edilib.

Teleqraf xəbər verir ki, bu barədə HRANA məlumat yayıb.

“Bu rəqəm göstərir ki, təkcə son iki gündə İranda hər gün orta hesabla azı 12 nəfər, yaxud hər iki saatda bir nəfər edam edilib”, - mənbə bildirib.

Noyabrda ümumilikdə 152, oktyabrda isə 286 nəfərin edam edildiyi qeyd olunub. Hesabatda vurğulanıb ki, ötən 11 ay ərzində azı 1426 nəfər dara çəkilib.