BAKI, 26 noyabr. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanlandığı sözlərə görə həbs edilən və azı 5 il olmaqla həbs cəzası tələb olunan jurnalist Fatih Altaylının mühakimə olunduğu iş üzrə qərar verilib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Məhkəmə Altaylının “Prezidenti hədələmək” ittihamı ilə 4 il 2 ay müddətində həbs cəzasına məhkum olunması və həbsdə saxlanılmasının davam etdirilməsinə qərar verib.