BAKI, 24 oktyabr. TELEQRAF

Türkiyə Silahlı Qüvvələrinin Qəzza zolağında qurulacaq beynəlxalq sabitləşdirici qüvvələrdə iştirakı məsələsi müzakirə olunur.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

“Bununla bağlı danışıqlar davam edir. Bu məsələnin işlənmə forması hələ dəqiqləşməyib. Mövzu çoxqatlı və mürəkkəb olduğundan genişmiqyaslı müzakirələr aparılır. Türkiyə Qəzzaya bu sahədə hər cür dəstəyi verməyə hazırdır. Həmçinin hazırda infrastruktur işləri də davam edir”, - prezident qeyd edib.