BAKI, 2 sentyabr. TELEQRAF
Fələstin Prezidenti Mahmud Abbas Qəzza zolağını idarə etməyə hazır olduğunu bəyan edərək, bu prosesə xarici tərəfdaşların cəlb edilməsi məsələsinin istisna olmadığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Abbas Qəzzanın idarə olunması məsələsində niyə digər beynəlxalq əməkdaşlığa açıq olduğunu təfərrüatlandırıb. Prezident əmin edib ki, Fələstin administrasiyası bölgəni müstəqil şəkildə idarə etmək üçün lazım olan hər şeyə malikdir.