BAKI, 1 sentyabr. TELEQRAF
İsrail Ordusu təhlükəsizlik kabinetinin iclasında Qəzza şəhərini mühasirəyə almaq və işğal etmək üçün əməliyyatın təfərrüatlı planlarını təqdim edib və əməliyyatın iki həftə ərzində başlayacağını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail mənbələrinə istinadla “Al Arabiya” məlumat yayıb.
Mənbənin məlumatına görə, İsraildə bu məqsədlə 60 min ehtiyat qüvvənin çağırışı iki gün ərzində başa çatacaq.
Məlumatda deyilir ki, görüş zamanı nazirlərin əksəriyyəti Qəzza ilə bağlı qismən razılaşmanı rədd edib, İsrail Ordusunun Baş Qərargah rəisi Eyal Zamir və təhlükəsizlik qurumlarının rəhbərləri isə qismən razılaşmanı dəstəkləyiblər.
Mənbələr Baş nazir Benyamin Netanyahunun gündəmdə olmadığı üçün məsələ ilə bağlı səsvermə keçirmədiyini qeyd edirlər.