BAKI, 31 avqust. TELEQRAF

İsrail avqustun 31-də Qəzza zolağına zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri İsrael Kats bildirib.

Onun sözlərinə görə, HƏMAS-ın hərbi qanadının rəsmi nümayəndəsi Əbu Öbeydə zərbələr nəticəsində həlak olub.