BAKI, 8 sentyabr. TELEQRAF
“Regionlar üzrə nəticələrdəki fərqləri birmənalı şəkildə məktəbəqədər təhsilin təsiri ilə əlaqələndirərəm”.
Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025-Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinə dair təqdimatda deyib.
“Uşaqlar məktəbəqədərki dövrdə lazımi hazırlığı tam şəkildə əldə etmirlər. Nəticədə məktəbə başlayanda onların ilkin bilik və bacarıqları arasında fərq yaranır. Məktəbəqədər təhsil səviyyəsi aşağı olan bölgələrdə sonrakı təhsil nəticələrinin də aşağı olduğunu görürük. Digər bir əsas səbəb kiçik kəndlərdir. Biz bunu əvvəl də müşahidə etmişik və bu nəticələr həmin fikri bir daha təsdiqləyir", - nazir bildirib.
Emin Əmrullayev hesab edir ki, burada digər mühüm amil valideynlərin, xüsusilə də anaların təhsil səviyyəsidir.