BAKI, 8 sentyabr. TELEQRAF
“Qrenlandiyalılar amerikalı olmaq istəmirlər”.
Teleqraf xəbər verir ki, bunu Danimarka Baş naziri Mette Frederiksen deyib.
“Qrenlandiya hökuməti və Qrenlandiya xalqı dəfələrlə bəyan edib ki, amerikalı olmaq istəmirlər”, - o bildirib.
Frederiksenin sözlərinə görə, bu mesajı bu gün də təkrarlamaq olar:
“Ümid edirəm ki, bu məsələ ilə bağlı heç kimin - nə ABŞ-də, nə də dünyanın qalan hissəsində şübhəsi yoxdur. Öz gələcəyini məhz Qrenlandiya xalqı müəyyən etməlidir. Və əlbəttə, Qrenlandiya satılmır”.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl növbəti dəfə sosial mediada Qrenlandiyanın ABŞ bayrağına boyandığı xəritə dərc edib.