BAKI, 8 sentyabr. TELEQRAF
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Serbiyaya rəsmi səfəri çərçivəsində iki ölkənin iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyalarının iclası keçirilib.
Teleqraf xəbər verir ki, görüşün yekununda Serbiyanın iqtisadi əlaqələr naziri Nenad Popoviç iki ölkə arasında iqtisadi əməkdaşlığın perspektivləri üzrə açıqlama verib.
Nazir bildirib ki, Serbiya və Özbəkistan arasında azad ticarət sazişinin bağlanması ehtimalı nəzərdən keçirilir. Bu, iki ölkənin məhsullarının bir-birinin bazarlarına sərbəst çıxışı üçün yol aça bilər.
Nenad Popoviç qeyd edib: “İqtisadiyyatlarımız bir-birini tamamlayır. Prezidentlərimiz arasında yüksək səviyyəli dostluq münasibətləri qurulub. İndi iqtisadi əməkdaşlığı eyni səviyyəyə çatdırmalıyıq”.
O əlavə edib ki, Şavkat Mirziyoyevin Serbiyaya rəsmi səfəri bu baxımdan yeni imkanlar açır.