BAKI, 8 sentyabr. TELEQRAF
"Qazax-Tovuz, Qarabağ və Lənkəran-Astara iqtisadi rayonlarında riyazi savadlılıq, təbiət elmləri və oxu savadlılığı üzrə nəticələr zəifdir."
Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinə dair təqdimatda deyib:
"Təhsildə regionlar üzrə nəticələrə baxdıqda maraqlı mənzərə görürük. Burada əhəmiyyətli məqam odur ki, bəzi bölgələrdə nəticələr nisbətən yüksəkdir. Abşeron-Xızı iqtisadi rayonu, Sumqayıt və Bakı şəhərlərində göstəricilər daha yüksək olduğu halda, digər bölgələrdə bu nəticələr o qədər də qənaətbəxş deyil. Şəki-Zaqatala kimi bölgələrdə də nisbətən yaxşı nəticələr müşahidə olunur. Bu gün etdiyimiz dəyişikliklərin bəhrəsini isə yalnız 10 il sonra görəcəyik”.