BAKI, 8 sentyabr. TELEQRAF

İtaliyanın “Milan” klubunun futbolçusu Kristofer Nkunku yay transfer pəncərəsi bağlanmazdan əvvəl klubunu dəyişmək qərarına gəlib.

Teleqraf xəbər verir ki, 28 yaşlı hücumçu mövsümün sonunadək icarə əsasında sabiq klubu Almaniya təmsilçisi “Leypsiq” klubuna keçib.

Lakin fransalı futbolçunun karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək imkanı da olub. Belə ki, “Mançester Yunayted” və “Nyukasl” Nkunkunun transferi üçün danışıqlar aparıb.

Ancaq hücumçu hər iki klubun təklifini rədd edərək “RB Leypsiq”ə keçməyə üstünlük verib.

Qeyd edək ki, K. Nkunku 2019-2023-cü illərdə "Leypsiq"də çıxış edib. Ötən yay “Çelsi”dən “Milan”a keçib. O, İtaliya təmsilçisinin heyətində keçirdiyi 35 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub.