BAKI, 18 avqust. TELEQRAF

Fələstinin HƏMAS Hərəkatı İsrailə atəşkəs təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

“HƏMAS atəşkəs təklifi verib. Fələstin hərəkatının qərarı Təl-Əvivə vasitəçilər vasitəsilə çatdırılıb”, - məlumatda bildirilib.

HƏMAS-ın mümkün atəşkəs durumunda Qəzza zolağında saxladığı israilli girovların yarısını Təl-Əvivə təhvil verəcəyi qeyd edilib.