BAKI, 3 iyul. TELEQRAF

ABŞ və İran nüvə danışıqlarının bərpasını müzakirə edir.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin "N12" telekanalı mənbələrə istinadla məlumat yayıb.

Kanalın mənbələri gələn həftə Osloda İranın nüvə proqramı ilə bağlı danışıqları bərpa etmək məqsədilə Vaşinqtonla Tehranın təmasda olduğunu iddia edib.

“İrana hücumdan və atəşkəsdən sonra ABŞ gələn həftə Osloda nüvə sazişi üzrə danışıqları bərpa etmək məqsədi ilə İranla danışıqlar aparır”, - telekanal bildirib.

Görüşün ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və İran xarici işlər naziri Abbas Əraqçi arasında olacağı qeyd olunub.