BAKI, 23 iyun. TELEQRAF

İsrail-İran müharibəsinin davam etməsi fonunda Tehranın Yaxın Şərq ölkələrindəki proksi qüvvələri döyüş vəziyyətinə gətirilib.

Teleqraf xəbər verir ki, bu barədə İraqın “Əl-Əxbar” qəzeti Bağdaddakı mənbələrə istinadla məlumat yayıb.

“İranın proksi qüvvələrinin bəziləri artıq döyüş vəziyyətinə keçib. Silahlı birləşmələr yenidən yerləşdirilib və texnikaları təhlükəsiz yerlərə köçürülüb”, - mənbə nəşrə bildirib.

Qətərin “Əl-Ərəbi əl-Cədid əl-Həktar” qəzeti isə yazıb ki, Tehranın dəstəklədiyi proksi qüvvələrinin liderləri İranın yüksək rütbəli fiqurları kimi, İsrailin hücumlarında öləcəklərindən qorxurlar. Nəticədə onların çoxu yaşayış yerlərini dəyişdirmək və gündəlik fəaliyyətlərini dondurmaq da daxil olmaqla, bir sıra təhlükəsizlik tədbirləri görüblər.