BAKI, 20 iyun. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələri İranın qərb və mərkəzi bölgələrinə hava zərbələri endirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələri məlumat yayıb.

“İsrail Hərbi Hava Qüvvələri İranın qərb və mərkəzi bölgələrində hərbi infrastruktura hücum edib”, - açıqlamada deyilir.