BAKI, 19 iyun. TELEQRAF
İranın xarici işlər naziri Abbas Əraqçi iyunun 21-22-də İstanbulda baş tutacaq İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri səviyyəsində keçiriləcək 51-ci xüsusi sessiyasında iştirak edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin “Cumhuriyet” qəzeti məlumat yayıb.
Bildirilib ki, sessiyanın əsas gündəm mövzusu İsrailin İrana qarşı həyata keçirdiyi son hərbi hücumlar olacaq.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.