BAKI, 17 iyun. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələrinin Təbriz şəhərindəki hərbi bazaya hücumu nəticəsində İran ordusunun iki yüksək rütbəli zabiti ölüb.
Teleqraf xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
İsrail Hərbi Hava Qüvvələri iyunun 17-də Təbriz şəhərindəki hərbi hədəflərə zərbələr endirib. Zərbələrdən sonra şəhərdə partlayış səsləri eşidilib.
