BAKI, 30 may. TELEQRAF
Fələstin HƏMAS hərəkatı ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun təqdim etdiyi yeni atəşkəs təklifini qəbul etməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə “BBC” telekanalı HƏMAS nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, İsrailin razılıq verdiyi təklif HƏMAS-ın əsas tələblərini – müharibənin tam dayandırılması, İsrail qoşunlarının Qəzza zolağından çıxarılması və bölgəyə sərbəst humanitar yardımın daxil olmasına imkan verilməsi kimi şərtləri əhatə etmir.
Qeyd edək ki, atəşkəs təklifi İsrail tərəfindən qəbul olunub.