BAKI, 26 may. TELEQRAF

Fələstinin HƏMAS Hərəkatı ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Qəzza zolağında İsraillə hərbi əməliyyatlara son qoymaq təklifini qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” Fələstin hərəkatındakı mənbələrə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, HƏMAS-ın danışıqlarda vasitəçilər vasitəsilə aldığı yeni təklifə 10 girovun azad edilməsi və 70 günlük atəşkəs daxildir. Bu müddət ərzində ABŞ-nin zəmanəti ilə daimi atəşkəs rejimi müzakirə olunacaq.

Bundan əlavə, atəşkəs müddətində HƏMAS və İsrail arasında ABŞ-nin zəmanəti ilə daimi atəşkəslə bağlı danışıqlar davam etdiriləcək.