BAKI, 15 may. TELEQRAF

Özünüləğv qərarı verən PKK separatçı-terrorçu təşkilatının tərksilah edilməsi prosesi diqqətlə izləniləcək.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

“Proses dövlətimizin müvafiq qurumları ilə koordinasiyalı şəkildə həssaslıq və diqqətlə həyata keçiriləcək və qəbul edilən qərarın yerlərdə konkret icrası yaxından izlənəcək. Silahların təhvil alınması ilə bağlı dövlətimizin müvafiq qurumları tərəfindən region ölkələri ilə razılaşdırılmış mexanizm yaradılacaq”, - açıqlamada deyilir.

Nazirlik əlavə edir ki, Türk Silahlı Qüvvələri ərazilər tam terrordan təmizlənənə qədər fəaliyyətlərini qətiyyətlə davam etdirəcək.