
BAKI, 12 aprel. TELEQRAF
İranın xarici işlər naziri Abbas Araqçi Maskatda Oman xarici işlər naziri Bədr Əl-Busaidi ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xarici işlər nazrir Abbas Əraqçi görüş zamanı Tehranın mövqeyini əks etdirən sənədləri omanlı həmkarına təqdim edib.
"Sənədlər sonradan ABŞ nümayəndə heyətinə ötürülməsi üçün danışıqlarda vasitəçilik edən Oman tərəfinə təhvil verilib",- məlumatda deyilir.
Qeyd edək ki, bu gün Omanda ABŞ və İran nümayəndələrinin görüşü keçiriləcək.