BAKI, 23 sentyabr. TELEQRAF

“Dəstəyə görə azarkeşlərə təşəkkür edirəm”.

Teleqraf xəbər verir ki, bunu Tacikistan yığması ilə yoldaşlıq görüşündə 1:0 hesablı qələbə qazanan Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında deyib.

“Əvvəldən də oyunun ağır keçəcəyini bilirdik. Motivasiya üçün qələbə önəmli idi. Bəzi oyunçularımız istirahət edirdi. Ümid edirəm, onlar da ən yaxşı versiyada meydana çıxacaqlar.

Millidə yaxşı oyuna sahib olmaq üçün vaxt lazımdır. Komandanın perspektivi var. Bəzi mövqelərdə suallarımız var idi. Həmin mövqelərdə futbolçuları gördük”.