BAKI, 23 sentyabr. TELEQRAF

Azərbaycan - Tacikistan görüşündə ikinci hissə başladı.

***

Azərbaycan - Tacikistan görüşündə birinci hissə başa çatıb.

Teleqraf xəbər verir ki, ilk 45 dəqiqədə hesab açılmayıb.

Komandalar fasiləyə 0:0 hesablə bərabərliklə yollanıblar.

***

20:03

Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq görüşünü keçirir.

Teleqraf xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma Tacikistan millisi ilə üz-üzə gəlir.

Bakıda yerləşən “Neftçi Arena”da keçirilən qarşılaşma saat 20:00-da start götürüb.

Bu görüş Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı oyunları öncəsi son sınağı olacaq.

Görüşü Moldovadan olan FIFA referisi Roman Jitar idarə edir.

Qeyd edək ki, Azərbaycan millisi növbəti üç oyununu UEFA Millətlər Liqasında keçirəcək. Komanda sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Bakıda Lixtenşteyn, oktyabrın 4-də Bakıda Litva ilə qarşılaşacaq.