BAKI, 23 sentyabr. TELEQRAF

ABŞ İsrailə Qərbi Şeriyada (İordan çayının Qərb sahili - red) zorakılığın baş verməsini istəmir.

Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Nyu-Yorkda BMT Baş Assambleyasının (GA) 81-ci sessiyası çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

"ABŞ prezidenti Donald Tramp hazırda regionda baş verən hər şeyi nəzərə alaraq, orada daha çox zorakılıq görmək istəmədiyimizi açıq şəkildə bildirib. Qəzza sazişinin həyata keçirilməsindəki çətinliklər, Livandakı kövrək vəziyyət, husilər və Səudiyyə Ərəbistanı, İranla davam edən münaqişə bizi narahat edir. Regionun ehtiyac duyduğu son şey daha çox zorakılıqdır. Və bizim fikrimizcə, İsrailin də ehtiyac duyduğu son şey daha çox zorakılıqdır".

Rubio vurğulayıb ki, dünyanın hazırda Qərbi Şeriyada böhrana ehtiyacı yoxdur: "Bu, bizim mövqeyimizdir. Düşünürəm ki, biz bunu aydın şəkildə bildirdik".