BAKI, 23 sentyabr. TELEQRAF

“16 il əvvəl Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan xalçası UNESCO-nun qeyri-madddi irs siyahısına daxil edildi”.

Bu fikirləri Teleqraf İnformasiya Agentliyi və Baku TV-yə verdiyi müsahibədə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Emin Məmmədov deyib.

“Bu, Azərbaycan tarixində mühüm bir hadisə idi. Artıq Azərbaycan xalçası dünyada özünə layiq olduğu yeri tutmuş oldu. Eyni zamanda yaradılan yeni xalça kolleksiyaları, birliklər, yerli və xarici rəssamların “Azərxalça” ilə əməkdaşlığı sayəsində yeni nümunələr ortaya çıxır. Burada da Azərbaycan xalçası, toxuculuq sənəti, çeşnisi qorunaraq yeniliklər gətirilir. Sözsüz ki, onlar yeni çeşni yaratmırlar, sadəcə olaraq onu müasirləşdirirlər. “Azərxalça”nın təqdimatında da biz haradan hara bir yol qət etdiyimizi nümayiş etdiririk. Yerli dizaynerlərimiz olan Fərid Rəsulov, Aydan Salahova və xarici dizaynerlərdən olan Yan Katla birlikdə yeni əsərin təməlində dayanan çeşninin hansı Azərbaycan xalçaçılıq məktəbinə aid olduğu əksini tapır. İnsanlar da artıq o tarixi gördükdən sonra buna dəyər verməyə başlayır. Çünki biz sıfırdan başlamırıq və ancaq öz tarixi xalçaçılıq ənənələrimizə və çeşnilərimizə istinad edirik”, - deyə o qeyd edib.