AĞDAM, 24 sentyabr. TELEQRAF

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Hacıməmmədli kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarındakı beton dirəyə çırpılıb.

Qəza nəticəsində Fərid Novruz oğlu Əliyev və Fuad Elnur oğlu Teymurov xəsarət alıblar. Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.