BAKI, 23 sentyabr. TELEQRAF
“Bu yaxınlarda qonşularımızdan biri Qazax xalçası ilə bağlı iddia irəli sürüb ki, guya onlara məxsusdur. Ona görə də biz xalçaçılıq sənətimizi, mədəni irsimizi qorumaqla həm də o tarixi qoruyuruq”.
Bu fikirləri Teleqraf İnformasiya Agentliyi və Baku TV-yə verdiyi müsahibədə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Emin Məmmədov deyib.
“Eyni zamanda müasir dövrdə inkişaf etdiririk. Çünki hər birimiz istəyirdik ki, bizim gələcək nəsil xalça sənətinin nümunələrini tək muzeydə görməsin, bu sənət yaşasın, Azərbaycanla birlikdə inkişaf etsin və müasir dövrə uyğunlaşsın. Hazırda müxtəlif sənət növləri - musiqi, poeziya inkişaf edir. Xalçaçılıq sənəti XXI əsrə uyğunlaşsa, həm mədəni irsimizi qoruyacağıq, həm də illər sonra antik xalçalar kimi müxtəlif hərraclarda satılacaq və sözsüz ki, muzeylərdə sərgilənəcək”, - deyə E.Məmmədov qeyd edib.