GÖYGÖL, 24 sentyabr. TELEQRAF

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax-Gürcüstan magistral avtomobil yolunun Gəncə şəhərinin Savalan yaşayış massivindən keçən hissəsində qeydə alınıb.

Eyni istiqamətdə hərəkətdə olan iki “VAZ-2106” markalı avtomobil toqquşub.

Qəza nəticəsində 1980-ci il təvəllüdlü İntiqam Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.